Koronavirusdan necə qorunmalıyıq? — VİDEOMƏSLƏHƏTLƏR

Google+ Pinterest LinkedIn Tumblr +

Vergilər Nazirliyi koronavirus pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində sosial məsuliyyət tədbirlərini davam etdirir. Koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə, nazirliyin Media və kommunikasiya idarəsi doğru davranış qaydalarından bəhs edən “Koronavirusdan necə qorunmalıyıq?”, “Koronavirusdan qorunmaq üçün ticarət obyektlərində necə davranmalıyıq?”, “Yaşlıları koronavirusdan qoruyaq!”, “Koronavirusdan qorunmaq üçün əllərimizi necə yumalıyıq?” və “Tibbi maskalardan nə zaman və necə istifadə etməliyik?” başlıqlı sosial çarxlar hazırlayıb.

Biosfer.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyi məlumat yayıb.

Koronavirusdan necə qorunmalıyıq?

Koronavirusdan qorunmaq üçün ticarət obyektlərində necə davranmalıyıq?

Yaşlıları koronavirusdan qoruyaq!

Tibbi maskalardan nə zaman və necə istifadə etməliyik?

Paylaş