Ağsuda hansı meyvə bağlarının salınmasına üstünlük verilir?

Google+ Pinterest LinkedIn Tumblr +

Ağsu rayonunda son illər meyvə bağlarının sahəsi genişlənir. Dağlıq, dağətəyi və düzən yerlərin təbii şəraitinə uyğun olaraq bölgədə fındıq, gilas, badam, xurma, şaftalı bağlarının salınmasına daha çox üstünlük verilir.

Rayon Statistika İdarəsindən Biosfer.az-a bildirilib ki, son bir ildə 126 hektarda yeni bağlar salınıb və beləliklə, bağların ümumi sahəsi 3280 hektara çatıb. Təkcə ötən il Ərəbmehdibəy inzibati ərazi dairəsində intensiv üsulla 21,2 hektarda gilas bağı salınıb. Habelə, Padar kəndində 5,5 hektarda, Kalvada 2 hektarda fındıq, Növcü, Padar və Qaraqoyunlu ərazilərində 60,5 hektarda badam tingi əkilib.

Qeyd edək ki, rayonda meyvə bağlarının ərazisi genişləndikcə, məhsulun istehsalı da artır. Təkcə 2019-cu ildə rayonda 12 min 105 ton meyvə istehsal olunub ki, bu da əvvəlki ildəkindən 463 ton çoxdur.

Paylaş