Gürcüstan ərazisində zəlzələ qeydə alınıb

Google+ Pinterest LinkedIn Tumblr +

Martın 22-də Gürcüstan ərazisində 3,3 bal gücündə zəlzələ baş verib.

Biosfer.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar Gürcüstanın İmereti bölgəsində, Kutaisi yaxınlığında, Tsxaltubo rayonunun Kumistavi kəndi ərazisində qeydə alınıb.

Zəlzələnin episentri 8 kilometr dərinlikdə olub.

Dağıntı və fəlakət barədə məlumat verilməyib.

Paylaş