174 mindən çox ağac əkilib

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaz ağac əkinini davam etdirir.

Meşələrin İnkişafı Departamentinin əkin sektorunun müdiri Rəhim İbrahimov Biosfer.az-a bildirib ki, son bir həftə ərzində Quba, Ağcabədi, Şəmkir, Göygöl, Bərdə, Zaqatala və Şamaxı rayonlarında Regional Meşə Təsərrüfatı mərkəzləri və yerli idarəetmə orqanlarının əməkdaşları tərəfindən 50 hektar ərazidə 58 min 150 müxtəlif meyvə və meşəcinsli ağac əkilib.

O qeyd edib ki, yaz ağac əkini mövsümü başlayandan bu günədək ümumilikdə, regionlarda 150 hektar sahədə 174 min 350 müxtəlifcinsli ağac əkilib.

Paylaş