Çoxistifadəli ekopaketlər polietilen torbaların istifadəsini azalda bilər

Google+ Pinterest LinkedIn Tumblr +

Polietilen paketlərin istifadəsinin azaldılması yollarından biri alıcılara çoxistifadəli ekopaketlərin təqdim olunmasıdır.

Biosfer.az xəbər verir ki, bu fikri Ekologiya və Təbii Sərvətlər Nazirliyində plastik tullantıların ətraf mühitə mənfi təsirlərinin aradan qaldırılmasında marketlərin rolu mövzusunda keçirilən görüşdə marketlər şəbəkələrindən birinin nümayəndəsi Pərviz Əzimov səsləndirib.

Onun fikrincə, bunun üçün stimullaşdırıcı işlər görülə, dövlət tərəfindən ekoloji cəhətdən təmiz torbalara olan əlavə dəyər vergisi aradan qaldırıla bilər. “Supermarketlər özləri də eko və biopaketlərin təbliği məqsədilə aksiyalar keçirə bilərlər. Plastik paketlərin ödənişli olması və alıcıların ondan istifadə etməməsi birbaşa supermarketlərin öz marağındadır. Ay ərzində onlara yüz minlərlə manat məbləğində xərc çəkilir. Supermarketlər bir növ həmin vəsaitdən xilas olmuş olur. Bu zənciri tamamlamaq məqsədilə evdəki tullantıların yığılması üçün də tez əriyən və qısa müddətdə sıradan çıxan tullantı paketləri də istehsal edilməlidir”, – deyə o qeyd edib.

Paylaş