Avropanın ən böyük üzən günəş elektrik stansiyası tikilir

Google+ Pinterest LinkedIn Tumblr +

Almaniyanın bərpaolunan enerji şirkəti “Baywa r.e.” Avropanın ən böyük üzən günəş elektrik stansiyasının inşasına başlayıb.

Biosfer.az xarici KİV-lərə istinadla xəbər verir ki, 27 meqavatlıq “Bomhofsplas” günəş elektrik stansiyası Niderlandın Zvolle şəhərindəki bir göldə qurulacaq və 73 min günəş panelindən ibarət olacaq. İki həftə ərzində stansiyanın inşasının üçdəbiri tamamlanıb.

Paylaş