Güclü qasırğa Polşaya ziyan vurmaqda davam edir

Google+ Pinterest LinkedIn Tumblr +

Şimali və Mərkəzi Avropanı bürüyən Siara qasırğası səngimir.

Biosfer.az xəbər verir ki, qasırğa Polşaya ciddi ziyan vurur və hətta 7 nəfərin ölümünə, 12 nəfərin isə yaralanmasına səbəb olub. Polşanın Dövlət Yanğınsöndürmə Xidmətinin rəsmi açıqlamasında deyilir ki, indiyədək güclü külək nəticəsində 250 iri bina zərər çəkib, bunlardan 170-i yaşayış evləridir. Yüzlərlə ağacın qırılması nəticəsində isə 1246 yaralanma və ya şəxsi əmlaka zərər vurma faktı qeydə alınıb.

Dövlət xilasetmə orqanları fəlakətin qarşısını ala bilmək üçün 7525 ağır texnika yollayıb.

Paylaş