Yunanıstan sahillərində zəlzələ olub

Google+ Pinterest LinkedIn Tumblr +

Aralıq dənizinin Yunanıstan sahillərində 4,8 bal gücündə zəlzələ baş verib.

Biosfer.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Karpatos adasından 80 kilometr cənub-şərqdə və Türkiyənin Muğla əyalətindən 236 kilometr cənubda yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Paylaş