Göyçay sakinindən ov tüfəngi götürüldü

Google+ Pinterest LinkedIn Tumblr +

Göyçay sakinindən qanunsuz olaraq saxladığı ov tüfəngi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Biosfer.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə uğurlu əməliyyat tədbiri keçirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Yenikənd kənd sakini Ədalət Cəfərovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Paylaş