Talış rayonunda güclü yanğın

Google+ Pinterest LinkedIn Tumblr +

İranın şimalında yerləşən Gilan vilayətinin Talış rayonunda güclü yanğın baş verib.

Trend-in məlumatına görə, bunu İranın Talış rayonu Təbii Ehtiyatlar İdarəsinin direktoru Cabir Hüseyni bildirib.

C.Hüseyninin sözlərinə görə, yanğın güclü külək nəticəsində böyük bir ərazini əhatəsinə alıb. Yanğının meşə zolağında baş verdiyi bildirilir.

İnsan tələfatı haqqında məlumat verilmir.

Təbii Ehtiyatlar İdarəsinin yanğınsöndürmə dəstələri və yerli əhali yanğını söndürməyə çalışır.

Paylaş