Lerikdə qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıb

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Lerik rayonunun Hücü kəndi yaxınlığında meşə materialının daşındığı barədə məlumat daxil olub.

ETSN-in mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, nazirliyin yerli qurumlarının əməkdaşlarının keçirdikləri reyd zamanı “QAZEL” markalı 10-OS-483 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 2 kubmetr həcmində ağcaqayıncinsli işlik meşə materialı aşkarlanıb. Avtomobilin sahibi Samir Məmmədov barəsində akt tərtib olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Paylaş