Ekoloqlar hökumətə təzyiqi artırırlar

Google+ Pinterest LinkedIn Tumblr +

Almaniyada ekologiya fəallarının ətraf mühitin çirklənməsi əleyhinə hərəkatı genişlənir.

Biosfer.az xəbər verir ki, əhalinin qazıntı enerji daşıyıcıları ilə işləyən elektrik stansiyalarından istifadə ilə bağlı etirazları son vaxtlar çoxalıb. Bu günlər bütün ölkə ərazisində keçirilən nümayişlərin iştirakçıları hakimiyyət orqanlarından bu növ təbii enerji xammalından istifadəni dayandırmağı tələb edirlər. Məsələn, bu yaxınlarda bir qrup fəal daş kömürlə işləyən yeni elektrik stansiyasının ərazisinə daxil olaraq orada öz plakatlarını yerləşdirib.

Onları hiddətləndirən budur ki, həmin elektrik stansiyasının işə salınması haqqında qərar hökumətin 2038-ci ilə qədər kömür energetikasından imtina etmək planlarına ziddir. Hakimiyyət orqanları isə yeni stansiyaların qabaqcıl texnologiyalar əsasında tikilməsi və ekoloji təmiz olması barədə təminatları rədd ediblər.

Paylaş