Tokio yaxınlığında iki zəlzələ qeydə alınıb

Google+ Pinterest LinkedIn Tumblr +

Yanvarından 31-dən fevralın 1-nə keçən gecə Yaponiyanın şimal-şərqində, paytaxt Tokio yaxınlığında iki zəlzələ baş verib.

Biosfer.az Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanlardan 5,1 bal gücündə olan birincisi gecə saat 1:11-də qeydə alınıb. Zəlzələnin episentrinin İbaraki prefekturasında, ocağının isə 50 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

İkinci yeraltı təkan təqribən bir saat sonra, gecə saat 2:07-də baş verib. 5,3 bal gücündə olan zəlzələnin episentri isə Çiba prefekturasında, ocağı 73 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir, sunami təhlükəsi elan edilməyib.

Paylaş