ÜST koronavirusu beynəlxalq səviyyəli təhlükə elan edib

Google+ Pinterest LinkedIn Tumblr +

Ümumdünya Səhiyyə Təşkilatı Çində yeni koronavirusun beynəlxalq səviyyəli təhlükəsini qeyd edib.

Biosfer.az xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

“Biz bilmirik, əgər bu virus səhiyyə sistemi zəif olan ölkədə yayılsa, hansı zərəri vuracaq. Biz bu dövlətlərə belə vəziyyətlərə hazırlaşmağa kömək etməliyik. Bu səbəbdən mən koronavirusun qlobal səviyyədə yayılması ilə əlaqədar beynəlxalq narahatlığa səbəb olan fövqəladə vəziyyət elan etdim”, – deyə o bildirib.

Ən son məlumata görə, bütün dünyada artıq 7834 insan koronavirusa yoluxub. Xəstəliyə 7736 yoluxma hadisəsi Çində, 98-i isə digər 18 ölkədə qeydə alınıb. Xəstələrdən 1370-i ağır vəziyyətdədir. Koronavirusdan 170 insan dünyasını dəyişib.

Paylaş