Britaniya meteoroloqlarından rekord istilik xəbərdarlığı

Google+ Pinterest LinkedIn Tumblr +

2020-2024-cü illər bütün meteoroloji müşahidələr ərzində dünya miqyasında ən isti beşillik ola bilər.

Biosfer.az xəbər verir ki, Sky News telekanalı bu barədə Britaniya meteoroloji xidmətinə istinadla məlumat yayıb. Ekspertlər hesab edirlər ki, qarşıdakı beş ildə temperatur sənayeləşmə dövrünədək olan göstərici ilə müqayisədə 1,15-1,46 dərəcə yüksələcək.

Telekanal, eyni zamanda, xatırladır ki, əvvəlki beş il də müşahidələrin başlanğıcından bəri ən isti dövr sayılır. Bu müddətdə temperatur əvvəlki göstəricilərə nisbətən orta hesabla 1,09 dərəcə artıb. Alimlər xəbərdarlıq edirlər ki, dünya temperaturunun artımını iqlim üzrə 2015-ci il Paris sazişində göstərilən 1,5 dərəcə hüdudlarında saxlamaq vacibdir.

Paylaş