Xilasedici it dağda yoxa çıxdı – 16 gün sonra…

Google+ Pinterest LinkedIn Tumblr +

İtaliyanın şimal-şərqindəki Valle d’Aosta vilayətində xilasedici it 16 gündən sonra geri qayıdıb.

Xilasetmə xidmətinə məxsus heyvan yanvarın 12-də Alp dağlarında itmişdi.

İtin sahibləri bildirir ki, onun axtarışları 10 gün davam edib. Axtarışlar nəticə vermədikdən sonra dayandırılıb.

Qeyd olunur ki, heyvan 3500 metr hündürlükdə buzlaq ərazidə qalıb. Bu müddət ərzində itin heç nə ilə qidalanmadığı deyilir.

Paylaş