Braziliyada 57 nəfər leysan yağışların qurbanı olub

Google+ Pinterest LinkedIn Tumblr +

Braziliyanın Minas-Jeyras və Espiritu-Santu ştatlarında 57 nəfər leysan yağışların qurbanı olub.

Biosfer.az xəbər verir ki, bu barədə dövlət Mülki Müdafiə idarəsi məlumat yayıb.

Minas-Jeyras ştatında 48, Espiritu-Santu ştatında isə 9 nəfər leysan yağışlar nəticəsində həlak olub. Hazırda 19 nəfər itkin düşüb.

99 şəhərdə fövqəladə vəziyyət elan edilib. Ötən həftənin cümə axşamından başlayan leysan yağışlar ştatın 36 bələdiyyəsinə zərər vurub.

Paylaş