Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi artıb

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 150, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan çox olmaqla normanın 170, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla normanın 90-170 faizini təşkil edir.

Departamentdən Biosfer.az-a bildiriblər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 103 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla normanın 66 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 27 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla normanın 40 faizinə bərabərdir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 106 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla normanın 76 faizinə bərabərdir.

Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən azalıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 6 santimetr azalaraq 390, Şirvan məntəqəsində 2 santimetr azalaraq 217, Bankədə 7 santimetr artaraq 177, Salyan məntəqəsində isə dəyişməyərək 194 santimetr olub. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 3 santimetr azalaraq 130 santimetr təşkil edib.

Paylaş