Yanvarda orta sutkalıq temperatur normadan yüksək olub

Google+ Pinterest LinkedIn Tumblr +

Keçən əsrin çoxillik iqlim müşahidələrinə görə yanvar ilin ən soyuq ayı kimi qəbul edilib. Lakin son onilliklərin təhlili göstərir ki, Azərbaycanın əksər ərazilərdə fevral ayı daha soyuq keçir. Ümumilikdə qış fəslində şaxtalı günlərin sayı azalıb. Yanvar ayına gəldikdə isə 1961-1990-cı illərdə şaxtalı günlərin orta çoxillik sayı 6 gün olduğu halda, 1991-2018-ci illərdə 4 gün olub. Bu ilin yanvar ayının ötən 21 günü ərzində Bakıda şaxtalı hava qeydə alınmayıb, orta sutkalıq temperatur isə normadan 1,8°, yanvarın 7-də isə 4,3° yüksək olub.

Bu barədə Biosfer.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva məlumat verib.

U.Tağıyeva bildirib ki, keçən il yanvar ayında temperatur cəmi bir dəfə 0°-dən aşağı olub və yanvarın 20-də 2° şaxta qeydə alınıb.

Paylaş