Koronavirusa yoluxanların sayı artır

Google+ Pinterest LinkedIn Tumblr +

Çində yeni növ koronavirusa yoluxanların sayı 324-ə çatıb.

Biosfer.az xəbər verir ki, daha əvvəl pnevmaniyanın yeni növünə yoluxanların sayının 309 olduğu bildirilirdi.

Yoluxmaların ən çoxu – 270 nəfər – administrativ mərkəzi Uxan olan Xubey, daha 17-si ölkənin cənubundakı Quandun əyalətlərində, 10-u – Pekində, 6-sı Şanxayda, hər birində 5 olmaqla şərqdə yerləşən Çşetzianda və cənub-qərbdəki Çuntsin şəhərində qeydə alınıb.

Həkimlərin dediklərinə görə, koronavirusun əlamətləri burun axması, öskürək, boğaz ağrısı və sinə darlığı kimi simptomlarla xarakterizə olunur. Bir neçə gün davam edə biləcək baş ağrısı və hərarət də ola bilər. Risk altında olan insanlar əsasən immunitet sistemi zəifləmiş, uşaqlar və yaşlılardır. Xəstəlik, həmçinin pnevmaniya və bronxitə oxşar simptomlarla da müşahidə edilir.

Paylaş