İstanbulda təhlükəli virusa qarşı qabaqlayıcı tədbirlər görülür

Google+ Pinterest LinkedIn Tumblr +

Bütün dünyanı təşvişə salan, Çində yayılan koronavirusun indiyədək aşkar edilməmiş növünün (2019-nCoV) Türkiyəyə daxil olmasının qarşısını almaq məqsədilə İstanbul hava limanında qabaqlayıcı tədbirlər görülür.

Biosfer.az xəbər verir ki, dünyanın ən böyük aeroportlarından olan və ən çox sərnişin qəbul edən İstanbulun yeni hava limanında bəzi təyyarələrdə virus yoxlaması aparılıb. Çindən Türkiyəyə sərnişin daşıyan və bu aviaşirkətlərə xidmət göstərən qurumlara xəbərdarlıq edilib. Bu şirkətlərlə toplantılar keçirilib, virusun ilkin simptomları və qabaqlayıcı tədbirlər barədə məlumat verilib.

Xatırladaq ki, indiyədək Çində 300-ə yaxın yoluxma faktı qeydə alınıb, 4 nəfər həyatını itirib.

Paylaş