Kanzasda zəlzələ baş verib

Google+ Pinterest LinkedIn Tumblr +

Kanzas ştatının cənub hissəsində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

ABŞ-ın Geoloji Xidmətinin məlumatına görə, zəlzələ Hatçinson şəhərindən üç kilometr cənub-qərb istiqamətində baş verib. Agentlik zəlzələnin vurduğu ziyan barədə heç bir məlumat təqdim etməyib.

Zəlzələ daha əvvəl Reno dairəsində digər bir neçə zəlzələnin olduğu sahəyə yaxın yerdə baş verib.

Kanzasda zəlzələlər dalğası 2014-cü ildə baş qaldırıb. Ətraf mühitin mühafizəsi üzrə təşkilatlar bunda enerji şirkətlərini günahkar hesab ediblər. Çünki neft-qaz hasilatından əmələ gələn maye tullantılarının doldurulması üçün istifadə edilən basma quyuların sayı çoxaldıqdan sonra zəlzələlər tez-tez qeydə alınıb. Yalnız neftin qiyməti aşağı düşəndən və müvafiq normativ aktlar qəbul ediləndən sonra zəlzələlərin sayı azalmağa başlayıb.

Paylaş