Bakıda cins it oğurlandı

Google+ Pinterest LinkedIn Tumblr +

Bakıda cins it oğurlanıb.

Biosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə yanvarın 19-da gecə saatlarında, paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü L.Həsənova məxsus Binəqədi qəsəbəsində yerləşən evdən “Xaski” cinsli it oğurlanıb.

Daha sonra L.Həsənov hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsi (RPİ) 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, 1991-ci il təvəllüdlü İ.Qaçayev saxlanılıb.

Paylaş