Siyəzən rayonu ərazisində zəlzələ qeydə alınıb

Google+ Pinterest LinkedIn Tumblr +

Yanvarın 20-də Siyəzən rayonu ərazisində maqnitudası 3.1 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Biosfer.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla dünən saat 20:53-də Siyəzən stansiyasından 18 kilometr cənub-şərqdə qeydə alınıb.

Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Paylaş