Müştəri kafeyə girən pişiyi şikəst etdi – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

İsrailin Eylat şəhərində yerləşən kafelərdən birində xoşagəlməz hadisə baş verib.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, müştərilərdən biri, arada gəzən pişiyə təpik vurub. Sonra isə həmin şəxs heç nə olmamış kimi yerinə oturaraq, yemək yeməyinə davam edib.

Pişik zərbədən sonra sağ qalsa da, ağır xəsarətlər alıb. Baytar klinikasına çatdırılan pişiyin başının əzildiyi və ayaqlarından birinin sındığı təsbit edilib.

Qeyd etmək lazımdır ki, pişiyə qarşı qəddarlıq edən şəxs polis tərəfindən saxlanılıb.

Paylaş