Barselona karbon tullantılarının azaldılmasına 563 milyon avro ayıracaq

Google+ Pinterest LinkedIn Tumblr +

Barselona fövqəladə iqlim vəziyyəti elan edir və tullantıların ultraaşağı səviyyədə olduğu zonalar yaratmağı planlaşdırır.

Biosfer.az xəbər verir ki, çərşənbə günü Barselona iqlimlə bağlı fövqəladə vəziyyət barədə rəsmi şəkildə elan edib. Bununla da 2030-cu ildə istixana qazları tullantısının yarıyadək azaldılmasına yönələn 103 konkret tədbirdən ibarət sənəd qəbul edib. Bütövlükdə, azalma iki milyon ton karbon qazına çatacaq. Bunun dörddəbiri avtomobildən istifadənin radikal məhdudlaşdırılması hesabına əldə olunmalıdır. Baxmayaraq ki, bu, hansı sayda nəqliyyat vasitəsinin hərəkətinin dayanmasını müəyyən etmir. 2025-ci ilədək şəhər karbon qazı tullantılarının azaldılması tədbirlərinə 563 milyon avro xərcləyəcək.

Ətraf mühiti daha çox çirkləndirən avtomobillər üzərinə qadağa qoyulmaqla tullantıların ultraaşağı səviyyədə olduğu zonaların (ZBE) yaradılmasından başqa əsas tədbirlər sırasına küçələrin yarıdan çoxunda nəqliyyatın hərəkət sürətini saatda 30 kilometr məhdudlaşdırmaq, şəhər məktəblərinin qarşısında təhlükəsizlik kvadratı yaratmaq, 10 yeni park salmaq, yaşayış binalarının, zavodların damında günəş panelləri quraşdırmaq kimi planlar daxil edilib.

Barselona belə sənədi qəbul etməklə, İspaniyanın iqlim dəyişmələri ilə mübarizədə təsirli və konkret tədbirlər görən ilk böyük şəhərinə çevriləcək. 100 tədbirin yarıdan çoxu (53) yalnız şəhər şurasından asılıdır.

Paylaş