Qobustan qoruğundakı 5655 yaşlı nümunə

Google+ Pinterest LinkedIn Tumblr +

Qobustan qoruğundakı keramika nümunəsinin 5655 il tarixi olduğu müəyyənləşib.

Bu barədə Biosfer.az-a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.

Bildirilib ki, akademiyanın Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, dosent Sahib Məmmədovun rəhbərliyi ilə fəaliyyət göstərən “Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupunun gənc tədqiqatçısı, Ətraf mühitin radiasiya kimyası laboratoriyasının kiçik elmi işçisi Aybəniz Əhədova Qobustan abidələrinin araşdırılması tarixində yeniliyə imza atıb. Tədqiqatçı arxeoloji abidələr kompleksinin mühafizə edildiyi Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda çöl tədqiqatları aparıb və orada yerləşən Böyükdaş dağının aşağı səkisindən götürdüyü keramika nümunəsinin yaşını Termolüminessensiya metodu ilə tədqiq edərək, həmin nümunənin 5655 il yaşı olduğunu aşkara çıxarıb.

Sözügedən keramika nümunəsinin Qobustan abidələrinin araşdırılması tarixində ilk dəfədir ki, radioizotop metodla analizi aparılıb.

Bundan əlavə, həmin ərazidən diş nümunələri də götürülərək Elektron Paramaqnit Rezonans metodu ilə tədqiq olunub və həmin diş nümunələrinin 1894 və 1353 il əvvələ aid olunduğu sübut olunub.

Paylaş