Meşə yanğınları Baş nazirin reytinqinə mənfi təsir göstərdi

Google+ Pinterest LinkedIn Tumblr +

Avstraliyanın geniş ərazilərinə yayılmış güclü meşə yanğınlarına göstərdiyi ləng reaksiya Baş nazir Skott Morrisonun reytinqinə mənfi təsir göstərib.

Biosfer.az xəbər verir ki, bu barədə “The Australian” qəzeti keçirdiyi sorğunun nəticələrinə əsasən məlumat yayıb. Qeyd edilir ki, dekabrda keçirilmiş sorğunun nəticələri ilə müqayisədə S.Morrisonun şəxsi reytinqi səkkiz bənd aşağı düşüb və respondentlərin yalnız 37 faizi onun fəaliyyətində razı olduğunu bildirib.

Ötən ilin mayında keçirilən ümumi seçkilərdən sonra, ilk dəfə olaraq müxalifətdə olan leyboristlər Partiyası iki partiyanın təşkil etdiyi koalisiya hökumətini üstələyib – 49 bala qaşı 51 bal. Müxalifətin lideri, kölgə Baş naziri Entoni Albanez də S.Morrisonu qabaqlayıb.

Xatırladaq ki, ötən ilin sentyabrından Avstraliyada davam edən yanğınlar nəticəsində 28 nəfər həlak olub, 10 milyon hektarlarla ərazi yanıb, bir milyarda yaxın canlı məhv olub. Avstraliyanın cənub-şərqində meşə yanğınları hələ də davam edir.

S.Morrisonun reytinqinə ən çox təsir edən hal kimi dekabrda, yanğınların gərgin dövründə ailəvi məzuniyyət götürərək Havay adalarına səfər etməsi və onun ofisinin bunu gizlətmək cəhdi göstərilir.

Paylaş