Yaponiyada güclü zəlzələ oldu

Google+ Pinterest LinkedIn Tumblr +

Yanvarın 14-də Yaponiyanın Hönşü adasının şərqində, paytaxt Tokionun yaxınlığında yerləşən İbaraki prefekturasında 5 bal gücündə zəlzələ baş verib.

Biosfer.az xəbər verir ki, yerli vaxtla səhər saat 4:58 dəqiqədə qeydə alınan yeraltı təkanların episentri İbaraki prefekturasında, ocağı 50 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Tokio paytaxt rayonu daxil olmaqla səkkiz prefekturada hiss olunub. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Paylaş