Sürüşmə sahəsində vəziyyət necədir? – Açıqlama

Google+ Pinterest LinkedIn Tumblr +

Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsində vəziyyət stabil gərgin olaraq qalır. Proses tam başa çatmayıb. Lakin yanvarın 9-dan bu günə kimi ciddi dəyişiklik qeydə alınmayıb.

Bu barədə Biosfer.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

“Sürüşmə sahəsində asılı vəziyyətdə qalmış torpaq kütlələrinin üzərində xırda uçqunlar baş verir. Bu da təbii prosesdir. Bu gün səhər mütəxəssislərimiz orada araşdırmalar aparıblar. Sürüşmə kütləsi üzərində ciddi dəyişiklik yoxdur. Proses tam başa çatmadığından monitorinqlər davam etdirilir”, – deyə ekspedisiya rəisi diqqətə çatdırıb.

Paylaş