Əfqanıstanda qar ölümə səbəb oldu

Google+ Pinterest LinkedIn Tumblr +

Əfanıstanın cənubunda və qərbində 16 nəfər güclü yağıntı səbəbindən evlərin damlarının uçması nəticəsində həlak olub.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, hadisələr qərbi Herat əyalətində və cənubi Qəndaharda baş verib. Heratın Enjil rayonunda 6 nəfər dam uçqunu altında qalaraq həlak olub. Ölənlər arasında qadınlar və uşaqlar da var. Daha iki nəfər Adraskan rayonunda ölüb.

Bundan başqa, telekanal qeyd edib ki, əlverişsiz hava səbəbindən Qəndaharda da damların uçması nəticəsində 8 nəfər həlak olub, daha 14 nəfər yaralanıb.

Paylaş