Belarusdan ekologiya vergisi – Neft tranzitinə görə…

Google+ Pinterest LinkedIn Tumblr +

Belarus öz ərazisindən neft tranzitinə görə ekologiya vergisi tətbiq edib.

Biosfer.az BELTA agentliyinə istinadla xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko “Vergitutma haqqında” fərman imzalayıb. Dövlət başçısının mətbuat xidmətindən verilən məlumata görə, həmin fərmana əsasən, magistral neft kəmərində baş verə biləcək qəzaların ekoloji nəticələrinin və Belarus ərazisindən keçməklə neft və neft məhsulları daşınması ilə əlaqədar əvvəldən nəzərdə tutulmayan halların aradan qaldırılması üçün pul vəsaitləri mənbəyi formalaşdırmaq məqsədilə neft və neft məhsulları daşınmasını həyata keçirən təşkilatlar üçün 50 faiz həcmində mənfəət vergisi müəyyən edilib.

Bundan əlavə, Belarus ərazisindən keçən magistral boru kəmərləri ilə neftin və neft məhsullarının tranzit daşınması da ekologiya vergisinin vergitutma obyekti hesab edilib.

Paylaş