Araz çayında suyun səviyyəsi azalıb

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində yağan yağış nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla onun 110, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan çox olmaqla normanın 160, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normadan çox olmaqla normanın 70-110 faizini təşkil edir.

Departamentdən Biosfer.az-a bildiriblər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 98 kubmetr təşkil edir ki, bu da ongünlük normadan az olmaqla normanın 60 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 25 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 35 faizini təşkil edir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 3 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 111 kubmetrə bərabərdir. Bu da ongünlük normaya yaxın olmaqla normanın 82 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən azalıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 3 santimetr artaraq 421, Şirvan məntəqəsində 4 santimetr azalaraq 277, Salyanda 1 santimetr azalaraq 207, Bankə məntəqəsində 3 santimetr azalaraq 193, Araz çayının Novruzlu məntəqəsində isə 9 santimetr azalaraq 140 santimetr təşkil edir.

Paylaş