Gürcüstanda qrip virusundan daha bir nəfər ölüb

Google+ Pinterest LinkedIn Tumblr +

Gürcüstanın Kaspi rayonunda “B” tipli qrip virusuna yoluxan 30 yaşlı qadın ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, pasiyent Tbilisidə xəstəxanalardan birinə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Ailə üzvlərinin bildirdiyinə görə, qadında yüksək temperatur və tənəffüsündə çətinlik olub.

Qripdən dünyasını dəyişən qadın üç uşaq anasıdır.

Qeyd edək ki, Gürcüstanda hazırda “B” tipli qrip virusu daha geniş yayılıb. İki nəfərin “donuz qripi” adlandırılan H1N1 virusundan ölməsi laborator şəraitdə təsdiq olunub. Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirlib ki, ölkədə qriplə bağlı vəziyyət hələ təşviş doğurmamalıdır.

Paylaş