Ötən il Avstraliyada ən quraq və isti il olub

Google+ Pinterest LinkedIn Tumblr +

2019-cu ildə Avstraliyada orta illik temperatur iqlim normasını 1,52 dərəcə üstələyib, həmçinin həmin il meteoroloji müşahidələr dövrünün ən quraq ili olub.

Biosfer.az yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Avstraliyanın Meteorologiya Bürosu məlumat yayıb.

İqlim rekordları Avstraliyada oktyabr ayında başlayan və hazırda da davam edən təbiət yanğınları fonunda qeydə alınıb. “The Guardian” qəzetinin məlumatına görə, qitədə 10 milyon hektardan çox meşə sahəsi yanıb.

Paylaş