Bolqarıstanda “narıncı” təhlükə kodu elan olunub

Google+ Pinterest LinkedIn Tumblr +

Bolqarıstan milli meteorologiya və hidrologiya institutunun məlumatına əsasən, güclü külək səbəbindən ölkənin 12 bölgəsində təhlükə kodları elan olunub. AZƏRTAC xəbər verir ki, Burqas bölgəsində “narıncı”, Varna, Dobriç, Silistra, Şumen, Razqrad, Tırqovişte, Sliven, Yambol, Xaskovo, Kırdjalı və Smolyan bölgələrində “sarı” təhlükə kodu elan olunub. Burada şimal-şərq küləyi saniyədə 20-25 metr sürəti ilə əsəcək.

Paylaş