Quba sakinindən qanunsuz ov tüfəngi götürülüb

Google+ Pinterest LinkedIn Tumblr +

Quba sakinindən qanunsuz ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Biosfer.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) Qonaqkənd Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

PB-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Qonaqkənd qəsəbə sakini Aydın Nəsirova məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövlənin damından bir ədəd müvafiq sənədləri olmayan “İj-16” markalı ov tüfəngi və 12 ədəd patron aşkar edilərək götürüblər.

Faktla bağlı araşdırma aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Paylaş