Monqolustanda ekologiya polisi yaradılacaq

Google+ Pinterest LinkedIn Tumblr +

Monqolustanda ekologiya polisi yaradılacaq.

Biosfer.az Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Monqolustanın Ədliyyə və Daxili İşlər naziri Sendiyn Nyamdorj yerli KİV-lər üçün ölkə hökumətinin növbəti iclasının yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, ətraf mühitin mühafizəsi üzrə polis bölmələrində təqribən 170 polis çalışacaq.

“Müvafiq qərar hökumətin dağ-mədən sənayesinin inkişafına yardım göstərilməsinə yönəlmiş səyləri çərçivəsində qəbul olunub”, – deyə o əlavə edib.

Faydalı qazıntıların hasilatı üçün çoxsaylı lisenziyaların verildiyi Monqolustan əyalətlərinə ekologiya polisinin xüsusi diqqət ayıracağı gözlənilir.

Faydalı qazıntılarla zəngin olan Monqolustanda son 3 ildə bu sahədə ölkə qanunlarının pozulması səbəbindən 700-dən çox lisenziya ləğv edilib.

Paylaş