2020-ci ilin ilk Ay tutulmasının vaxtı açıqlanıb

Google+ Pinterest LinkedIn Tumblr +

Bu il ilk Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş verəcək və yarımkölgəli olduğundan adi gözlə görmək çətin olacaq.

AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Biosfer.az-a verilən məlumata görə, təbiət hadisəsi Bakı vaxtı ilə saat 21:08-də başlayacaq və saat 01:12-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:11-də baş verəcək və Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq.

Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək.

Paylaş