Əlverişsiz hava şəraiti üzündən dəniz reysləri ləğv edildi

Google+ Pinterest LinkedIn Tumblr +

Marmara dənizində, İstanbul akvatoriyasında dəniz reysləri ləğv edilib.

Biosfer.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu qərar həmin ərazidə əlverişsiz hava şəraiti ilə əlaqədar qəbul olunub.

Bu reyslərin digər vaxta keçirilib-keçirilməməsi barədə məlumat verilməyib.

Xatırladaq ki, sonuncu dəfə Türkiyədə dəniz reysləri keçən il dekabrın 30-da təxirə salınmışdı.

Paylaş