Meşə yanğınları ilə mübarizəyə ehtiyat qüvvələr cəlb edilir

Google+ Pinterest LinkedIn Tumblr +

Avstraliya ölkənin cənub-şərq hissəsini ağuşuna almış meşə yanğınları ilə mübarizə məqsədilə üç min hərbi mükəlləfiyyətli şəxsi ehtiyatdan cəlb edəcək.

Biosfer.az xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skott Morrison brifinqdə bəyan edib. Baş nazir, həmçinin bildirib ki, hökumət yanğınsöndürmə təyyarələrinin icarəsi ilə bağlı 20 milyon Avstraliya dolları (13,9 milyon ABŞ dolları) vəsait ayırıb.

Bununla yanaşı, yerli KİV-lərin yaydığı məlumata görə, Cənubi Avstraliya ştatında yerləşən Kenquru adasında yanğınlar daha iki nəfərin ölümünə səbəb olub.

Xatırladaq ki, oktyabrın ortalarından başlayaraq Avstraliyanın şərq sahillərində meşə yanğınları tüğyan edir. Hazırda Yeni Cənubi Uels və Viktoriya ştatlarının böyük bir hissəsi yanğınla əhatə olunub. Meşə yanğınları nəticəsində 16 nəfərin həlak olduğu, 17 nəfərin itkin düşdüyü bildirilir.

Təbii fəlakət nəticəsində 1300 evin, 2500 inzibati binanın yandığı da qeyd edilir.

Paylaş