Avstraliyada meşə yanğınları səbəbindən insanlar təxliyə edilib

Google+ Pinterest LinkedIn Tumblr +

Avstraliyanın şərqində davam edən meşə yanğınları yerli əhalinin və turistlərin təxliyəsinə səbəb olub.

Biosfer.az xəbər verir ki, hazırda 45 yanğın nöqtəsinin aşkar edildiyi Viktoriya ştatında şənbə gününədək bütün turistlərə ərazini tərk etmək tövsiyə olunub. Yanğının tezliklə çatacağı ərazilərdə yerli əhaliyə də təxliyə olunmaları tövsiyə edilib. Hakimiyyət orqanlarının ərazidən ümumilikdə dörd min insanı təxliyə edəcəyi gözlənilir.

Bununla yanaşı, yanğının ağuşuna aldığı Yeni Cənubi Uels ştatının Batlou şəhərinin sakinləri də təxliyə barədə göstəriş alıblar. Yanvarın 3-dən ştat ərazisində fövqəladə vəziyyətin tətbiq olunacağı bildirilir.

Xatırladaq ki, Avstraliyada artıq milyon hektarlarla ərazi yanğına məruz qalıb. Son aylarda yanğın nəticəsində 17 nəfər həlak olub.

Paylaş