Qaxda alça ağacı çiçək açıb – FOTO/VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

Qaxda alça ağacı çiçək açıb.

Biosfer.az “Report”a istinadən xəbər verir ki, maraqlı və qeyri-adi təbiət hadisəsi rayonun Qaxbaş kəndində Dünya Məmmədovanın həyətyanı sahəsində qeydə alınıb.

Bayram öncəsi həyətində təmizlik işləri aparan qadın alça ağacının çiçəkləməsinin şahidi olub.

Mütəxəssislərin sözlərinə görə, alça ağacı yazda çiçək açmalıdır. Ağacın qışda çiçəkləməsi anormal hadisədir. Ağacın çiçək açdıqdan sonra bar verməsi isə mümkün deyil. Çünki havanın soyuq olması tozlanmanın qarşısını alır və yeni çiçəklər quruyur.

Qeyd edək ki, Qaxbaş dağlıq kənddir və burada havanın temperaturu əksər vaxtlar normadan aşağı olur.

Paylaş