Avstraliyada kütləvi meşə yanğınları baş verib

Google+ Pinterest LinkedIn Tumblr +

Avstraliyada böyük ərazini əhatə edən meşə yanğınları baş verib.

Biosfer.az xəbər verir ki, hazırda meşə yanğınlarının əhatə etdiyi ərazilərdən minlərlə insanın təxliyəsi həyata keçirilir. Viktoriya vilayətində vəziyyət nəzarətdən çıxıb. Təqribən 30 mindən çox insana, o cümlədən turistlərə qısa vaxt ərzində ərazini tərk etmələri üçün müraciət olunub.

Qeyd edək ki, yanğın baş verən vilayətdə keçirilməsi planlaşdırılan musiqi festivalı təxirə salınıb. Yerli əhali ilə yanaşı, tədbirdə iştirak etməyə gəlmiş qonaqların təxliyəsi də həyata keçirilir.

Hadisə nəticəsində mindən artıq ev yanaraq kül olub. Doqquz nəfərin həyatını itirdiyi bildirilir.

Paylaş