“Fanfon” qasırğası nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb

Google+ Pinterest LinkedIn Tumblr +

Filippini cənginə alan “Fanfon” qasırğası səbəbindən həlak olanların sayı 41 nəfərə çatıb.

Biosfer.az ABS-CBN telekanalına istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində, həmçinin 28 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 12 nəfər isə itkin düşüb.

Qeyd edək ki, Filippində “Ursula” adı ilə tanınan “Fanfon” qasırğası dekabrın 24-də axşam saatlarında arxipelaqın mərkəzi hissəsində yerləşən Antike, Mindoro, Palavan, Aklan və Ramblon əyalətlərinə güclü külək və leysan yağışları gətirib, həmçinin torpaq sürüşmələrinə səbəb olub.

Təbii fəlakət nəticəsində iki minə yaxın ev və 55 məktəb zədələnib, 150 şəhərin elektrik təminatı kəsilib. Qasırğa səbəbindən 44 min nəfər təxliyə edilib. “Kalibo” beynəlxalq aeroportuna ciddi zərər dəyib. Hazırda hakimiyyət orqanları hava əlaqəsini və elektrik təchizatını bərpa etməyə başlayıb.

Paylaş