Dekabrın 28-də Tokio prefekturasının hakimiyyət orqanları 2050-ci ilədək parnik qazlarının emissiyasını 100 faiz aşağı salınması məqsədilə strateji xətt barədə rəsmi planı dərc edib.
Biosfer.az Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, “Tokionun sıfır emissiyaya nail olması üçün strategiya” adlandırılan sənədə əsasən, Yaponiya paytaxtı Günəş enerjisindən və digər bərpa olunan mənbələrdən istifadə edərək yerdən çıxarılan yanacaqdan istifadədən imtina etmək niyyətindədir.
Həmin plan Tokiodakı bütün nəqliyyat vasitələrinin elektrik enerjisindən və digər yanacaq elementlərindən, həmçinin paytaxt binalarının bərpa edilən enerji mənbələrindən istifadəsini nəzərdə tutur.