Bu il milli parklara 104 276 turist səfər edib

Google+ Pinterest LinkedIn Tumblr +

“Bu il Azərbaycanın milli parklarına 104 276 turist səfər edib”.

Biosfer.az xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin sektor müdiri Arzu Səmədova bildirib.

Onun sözlərinə görə, bunların 93804-ü yerli, 10472-si isə xarici vətəndaş olub: “Ötən illə müqayisədə, bu il milli parklara gələn ziyarətçilərin sayında artım müşahidə edilib. 2018-ci ildə ziyarətçilərin sayı 79997 olub”.

A.Səmədova qeyd edib ki, milli parklara gələn turistlərin sayının artmasına səbəb ilk növbədə aparılan təbliğat işləri, eyni zamanda bu ildən milli parklarda müxtəlif yaş qruplarını əhatə edən maraqlı və rəngarəng kütləvi tədbirlərin təşkil olunmasıdır: “Ölkəmizdə 10 milli park fəaliyyət göstərir. Milli parklara səfər etmək istəyənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet saytının “xidmətlər” bölməsinə daxil olub istədikləri milli parka onlayn şəkildə və ya milli parkların giriş məntəqələrindən bilet əldə edə bilərlər”.

Paylaş