Türkiyədə 5 bal gücündə zəlzələ olub

Google+ Pinterest LinkedIn Tumblr +

Türkiyənin Elazığ bölgəsində 4,9 bal gücündə zəlzələ olub.

Biosfer.az “Huriyyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Föqəladə Hallar Xidməti məlumat yayıb.

Bildirilib ki, zəlzələ 7,02 metr dərinlikdə baş verib. Məlumata görə, təkanlar Qaziantep, Diyarbakır, Bingöl, Tunceli və Malatya əyalətlərində də hiss edilib.

Hadisə ilə əlaqədar Elazığda məktəblər bir günlüyə bağlanıb.

Türkiyənin Boğaziçi Universitetinin Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun açıqlamasında bildirilib ki, yeraltı təkanların mərkəzi Elazığ əyalətinin Sivirce rayonunun Topaluşağı kəndidir. Orada 5,1 bal gücündə zəlzələ olub.

Elazığ valiliyi itki və xəsarət alanın olmadığını bildirib.

Paylaş