Filippində “Fanfon” qasırğası: 16 ölü

Google+ Pinterest LinkedIn Tumblr +

Filippində “Fanfon” qasırğası nəticəsində azı 16 nəfər ölüb.

Biosfer.az xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyi yerli qurumlara istinadən məlumat yayıb.

Qeyd olunub ki, 4 mindən çox yerli sakin Şərqi Visay bölgəsindən təxliyyə edilib. Təbii fəlakət nəticəsində azı 60 daxili reys təxirə salınıb, 157 gəmi dənizə çıxa bilmir, 20 mindən çox sərnişin isə limanlarda qalıb.

Yerli mətbuatın xəbərinə görə, qasırğa bir gecədə 100-ə yaxın evi dağıdıb.

Qasırğa daxilində küləyin sürəti 41,7 m / s-ə çatır.

Paylaş