Türkiyənin Trabzon, Gümüşhane, Ordu və Giresun şəhərlərində son bir neçə gün ərzində 58 meşə yanğını faktı qeydə alınıb.
Biosfer.az xəbər verir ki, bölgədə əsən güclü küləyin təsirindən qısa zaman ərzində böyüyən yanğınların əksəriyyəti artıq nəzarət altına alınıb. Digər bölgələrdə yanğının söndürülməsi ilə bağlı işlər davam etdirilir.
Türkiyənin Əkinçilik və Meşə Təsərrüfatı Nazirliyindən bu barədə verilən məlumata görə, hadisə zamanı 150 hektardan çox meşə sahəsi və fındıq bağları zərər çəkib.